Ötən mövsüm “Karvan-Yevlax"da çıxış edən Peyman Keşavarzinin yeni klubu məlum olub.
Prosport.Az xəbər verir ki, iranlı yarımmüdafiəçi Oman təmsilçisi “Saham”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Keşavarzi Azərbaycanda Yevlax təmsiilçisindən başqa, “Sumqayıt”, “Səbail” və “Kəpəz”də də oynayıb.

