AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva beynəlxalq təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, 2025/2026 mövsümündə qadınlar arasında Çempionlar Liqası çərçivəsində Albaniyada keçiriləcək miniturnirin UEFA nümayəndəsi olacaq.
Turnirdə Albaniyanın “Vlazniya”, Belarusun “Dinamo” (Minsk), Lüksemburqun "Rasinq" və Macarıstanın "Ferensvaroş" klubları mübarizə aparacaqlar.

