Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" klubu LGBT-yə dəstək tədbiri keçirəcək.
Prosport.Az xəbər verir ki, bununla bağlı Almaniya klubunun sosial şəbəkə hesabında paylaşım edilib. Tədbir avqustun 30-da təşkil olunacaq.
Artıq 2-ci Bundesliqa təmsilçisinin ev oyunlarını keçirdiyi stadionda LGBT bayrağı ucaldılıb. Klub bundan əvvəl də LGBT-yə verdiyi dəstəklə gündəmə gəlib.
Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"ə bu ilin yayında "Nürnberq"dən keçib.

