"İlk hissə yaxşı keçdi, inamlı oynadıq, hətta qol da vurduq".
Prosport.Az xəbər verir ki, bu sözləri Macarıstanın "Ferensvaroş" klubunun baş məşqçisi Robi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis bildirib ki, Bense Etvöşün zədələnməsi komandasını bir qədər geri salıb: "Təəssüf ki, çox sadə qollar buraxdıq. Oyuna daha çox nəzarət etmək istərdik".
Robi Kin Bakıda oynanılacaq cavab matçına da toxunub: "Rəqibin artıq qalib gəldiyini düşünməsi bizi motivasiya edir. Futbolda hər şey ola bilər, bu vəziyyətdən çıxmaq olar".
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

