Azərbaycanlı futbolçu Elməddin Məmmədov yenidən legioner həyatı yaşayacaq.
Prosport.Az xəbər verir ki, ötən mövsüm “Mingəçevir”də oynayan qapıçı Albaniyada çıxış edəcək. 29 yaşlı qolkiper “Luftetari” klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
E.Məmmədov bunadək “Alqa” (Qırğızıstan), “Sxinvali” (Gürcüstan), “TC Sports Club” (Maldiv adaları), “Muras Yunayted” (Qırğızıstan), “Sent Endryus” (Malta) və “Yedinstvo” (Bosniya və Herseqovina) klublarında oynayıb.

