"Qarabağ" Macarıstanda "Ferensvaroş"a qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda ciddi azarkeş dəstəyinə malik olacaq.
Prosport.Az xəbər verir ki, Ağdam klubunun fanatları üçün ayrılmış tribunada 400-ə yaxın həmyerlimizin olacağı gözlənilir. Amma matçın startınadək bu rəqəmin artacağı da istisna edilmir.
"Ferensvaroş" - "Qarabağ" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

