"Sabah"ın məşqçilər korpusunda ayrılıq yaşanıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, uzun müddətdir burada yer alan Ruslan Qafitullin Valdas Dambrauskasın istəyi ilə komandadan getməli olub.
Əcnəbi çalışdırıcı yanında Ruslan Qafitullinə ehtiyac olmadığını bildirib.
Qeyd edək ki, veteran müdafiəçi Murad Musayevin dönəmindən A komandada yer alırdı. 46 yaşlı məşqçi daha əvvəl "Səbail"də çalışıb.

