"Şamaxı" "Qarabağ"ın futbolçusunu heyətinə qatıb. Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Davud Mənsumovu icarə əsasında sıralarına cəlb edib. 19 yaşlı hücumçu cari mövsümün sonuna qədər "Şamaxı"nın formasını geyinəcək.