Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sadəcə, məni dəyişmirlər, ona görə 17 ildir ki, "Qarabağ"dayam" – Qurban Qurbanov
    18.08.2025 22:03:46

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində sabah Macarıstanda “Ferensvaroş”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

    – Yenidən burada olmaq xoşdur. Yaxşı komandaya qarşı vacib oyunumuz olacaq. Belə rəqibə qarşı oynamaq xoşdur. Çox istəkli komandayla qarşılaşacağıq. Baş məşqçiləri və futbolçuları Liqa mərhələsinə düşmək üçün istəklidir. Çalışmalıyıq ki, düzgün oynayaq və istəkli olaq. İnanıram ki, azarkeşlər oyundan razı qalacaq. Yaxşı oyunla yaxşı nəticə qazanmaq istəyirik.

    – Əvvəlki matçlardan sonra indi komandalarda nələr dəyişib?
    – Futbol dəyişir. Hər iki komandada dəyişikliklər var. İlk oyundan sonra bir-birimizi daha yaxşı tanıyacağıq. Sabahkı matçda sona qədər mübarizə aparmağı bacarmalıyıq.

    – Sabah hansı oyun üslubu ilə oynayacaqsınız?
    – “Ferensvaroş” sürətli hücuma keçməyi bacarır. Daha dinamik kollektivdir. Baş məşqçiləri həm sürətli, həm də mübariz oyun tələb edir. Topa daha çox sahib olmağa çalışacağıq. “Ferentsvaroş”un oyun üslubu elədir ki, çalışırlar, rəqibə topa sahib olmağa imkan verməsinlər. Bu tip rəqiblərə qarşı oynamışıq. Etiraf edək ki, bu kollektiv daha bacarıqlı və qabiliyyətlidir.

    – 17 ildir ki, komandaya rəhbərlik edirsiniz. Bunu necə bacarırsınız?
    – Sadəcə, məni dəyişmirlər. Ona görə 17 ildir ki, buradayam.

    – Sabahkı oyunda ilkin məqsədiniz nə olacaq?
    – Robi Kinin açıqlamasını oxumuşam. Deyir ki, hücum xəttimiz yaxşıdır və eyni zamanda qol da buraxmamalıyıq. Belə turnirlərdə qələbə qazanmaq istəyirsənsə, ilk oyunda qol buraxmamaq vacibdir. Buna baxmayaraq, daha baxımlı olmaq, nəticə vermək üçün yaradıcı olmalıyıq. İlk məqsədimiz yaradıcı olmaq, rəqibə qol vurmaqdır. Qol buraxmasaq, daha yaxşı olar. Amma istəyirik ki, hər oyun qol vura bilək. Azarkeşlər qollu oyunları çox sevir. Nəticə üçün çalışacağıq ki, həm burada, həm Bakıda maksimumu edək.

    – Julio Homao (Julio Romao) və Kadi “Ferensvaroş”da oynayıb. Onlardan bu komanda haqda məlumat almısınız?
    – Xeyr, belə şeyləri sevmirəm. Bu, qeyri-etikdir. Futbolçu sabiq klubuna sadiq ola bilər. Ona görə futbolçuları belə vəziyyətdə qoymaq istəmirəm. Özümüz rəqibi təhlil edib, məlumat toplamışıq.

    – 2 oyun arasında istirahət üçün vaxtınız var?
    – Premyer Liqada matçımız var.

    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Futbol

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53
    Futbol

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00
    Futbol

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08
    Futbol

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53

    Puxaçdan baş məşqçiyə dəstək: "Onu çox sıxdınız, yazığım gəldi"

    23.09.2026 13:11:46

    Elxan Məmmədov 6 oyunluq cəzalandırıldı

    23.09.2026 12:45:24

    AFFA "İmişli"ni 10 min manat cərimələdi

    23.09.2026 12:15:55

    "Qaradağ Lökbatan" dağılmayacaq! - BƏYANAT

    23.09.2026 12:06:02

    FIFA referimiz dünya çempionatına təyinat aldı

    23.09.2026 11:41:03

    Azərbaycan klubu misirli legioner transfer etdi

    23.09.2026 11:10:53

    "Xankəndi"nin Xankəndiyə qayıtması ilə bağlı YENİ MƏLUMAT

    23.09.2026 10:54:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved