Ötən mövsüm Azərbaycan II Liqasının qalibi olan və I Liqada mübarizə aparacaq "Şahdağ Qusar"ın yeni rəhbəri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, bu hazırda komandada çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyevdir.
Təcrübəli oyunçu bundan sonra həm kluba rəhbərlik edəcək, həm də futbolçu kimi çıxışını davam etdirəcək.
Qeyd edək ki, "Şahdağ Qusar"a II Liqada olduğu vaxt "Azenco" şirkəti sponsorluq etsə, komanda I Liqaya vəsiqə qazanandan, hamilikdən imtina edib.

