"Fakel" klubunun "Şamaxı"dan transter etdiyi futbolçu Belaydi Pusi Rusiyada diqqət mərkəzinə düşüb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı hücumçu hazırda I Liqada 3 qolla bombardirlər siyahısında yer alıb.
Albaniyalı forvard son olaraq, avqustun 17-də "Çernomorets"lə səfər matçında qələbə topunu vurub – 1:0.
Hazırda o, yalnız David Qarayev (KAMAZ) və Amur Kalmıkovdan ("Arsenal") 1 top geri qalır. "Fakel" isə 5 oyundan 15 xalla liderdir.
Qeyd edək ki, Belaydi Pusi fevralda Voronej təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. Həmin vaxt "Fakel" Rusiya Premyer Liqasında qalmaq uğrunda mübarizədə istəyinə nail ola bilməyib və sonuncu yeri tutaraq, I Liqaya enib. Pusi Azərbaycanda "Turan Tovuz"un da formasını geyinib.
Onu da bildirək ki, "Şamaxı" bu transferdən 100 min avro qazanıb.

