Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Belə oynasaq, bizi cəzalandırarlar" – Saşa İliç
    18.08.2025 00:03:20

    Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, serb mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – İlk ev oyununda qələbə qazandığımız üçün sevincliyik. İlk hissədə yaxşı oynadıq, amma fasilədən sonra problemlər oldu.

    – Hücum futbolu oynadınız. Bu fəlsəfəni davam etdirəcəksiniz?
    – Hər oyunda belə olmasını istərdim. Amma reallıq var. “Qarabağ”, “Neftçi” kimi komandalara qarşı belə oynaya bilmərik. Belə oynasaq, bizi cəzalandırarlar. Bu matçda 2-ci hissədə problemlər yaşadıq. Bunları nəzərə alıb, məşqlərdə aradan qaldırmağa çalışacağıq.

    – 2-ci hissədə rahatlıq yaxşı oyuna əngəl oldu, ya fiziki cəhətdən çatdırmadınız?
    – Fiziki problem olduğuna inanmıram. Çünki bir neçə əvəzetmə etdik və yeni oyunçular qoşuldu. Fərdi səhvlər var idi. Bəzi oyunçular səhv etdi. 3:0 olanda daha rahat, sadə oynamalısan. Bəzi oyunçular bunu dərk etmədi. Bəziləri fərdi mübarizələrdə səhvlər etdi, 2 sarı vərəqə aldıq.

    – Sonradan meydana daxil olan oyunçuların yaxşı qoşulmamasının təsiri oldu?
    – Problem səhvlərdə idi. Bəzi oyunçulara vaxt lazımdır. Futbolçuları yoxlamaq üçün əvəzetmələr edirik. Əsas problem sadə oynamamağımız idi. Oyunçular riskli duellərə girdi.

    – Növbəti tur “Qarabağ”la oynayacaqsınız. Onlar da sizdən öncə Macarıstanda “Ferensvaroş”la qarşılaşacaq. Bu sizin üçün üstünlükdür?
    – “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Onların oyunlarını daim izləmişəm. “Ferensvaroş”la oyun onlar üçün çətin olacaq. Amma bunun bizə hansı üstünlüyü qazandıracağını bilmirəm. Oyuna taktiki fikir verməliyik. Bugünkü kimi səhvlər etsək, bizim üçün yaxşı bitməyəcək.

    – Burada olduğunuz müddətdə azərbaycanlı futbolçuların mentalitetini dəyişə bilmisiniz? Ayxan Süleymanlı hücumun gedişində arxaya oynadı, 2 dəfə səhv etdi və sonra onu əvəzlədiniz…
    – Ayxanı bəyənirəm. Azərbaycanın U-21 yığmasının üzvüdür. 2-ci hissədə bəzi səhvlər etdi. Onunla söhbətim oldu. Gələcəkdə çox oynamaq istəyirsə, bu səhvləri etməməlidir.

    Futbol

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47
    Futbol

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44
    Futbol

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18
    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved