Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rzanın müvəqqəti kapitan olduğunu demişdim" – Samir Abasov
    16.08.2025 22:45:43

    Misli Premyer Liqasının I turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olan "Şamaxı" 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

    – Komandada yeni mövsümdə bəzi dəyişikliklər edilib. Ötən mövsüm demişdiniz ki, komandanı mən yığmamışam. Amma deyəsən, bu dəfə iştirak etmisiniz. Rza Cəfərov bu mövsümkü komandada yoxdur. Bəzi ekspertlər düşünür ki, ona qarşı haqsızlıq olub. Onun komandadan gedəcəyi barədə də fikirlər var. Rzaya qarşı ədalətsizlik varsa, onun harasında dayanırsınız?
    – Rza zədəli idi. 2 gün bundan qabaq zədə aldı. Sırf buna görə bu gün heyətdə yox idi. 

    – İlk hissədə rəqibin hücumlarının qarşısında oyunçuların çaşqınlığı hiss edildi. 2-ci hissədə isə rəqibin müdafiə xəttini yara bilmədiniz. "Neftçi" ötən mövsümdə qaldığı yerdən davam edir. Yanılıram, yoxsa siz sürprizlər edəcəksiniz?
    – Hamı üçün mövsümün ilk oyunu idi. Çox dəyişiklik edən komanda üçün çox çətindir. Futbolçularımın göstərdiyi oyundan razıyam. Sona qədər qalib gəlmək istəyirdilər. 2 təhlükəli epizod buraxdıq, 2-si də standart vəziyyətdən. Digər hücumları xatırlamıram ki, komandamız çaşqınlıq yaşasın. "Şamaxı" müdafiədə idi. Rəqibin oyun üslubu budur. Biz də nələrsə edirdik. Epizodlarımız var idi. Futbolçular yaxşı oyun göstərdi. Yeni gələn oyunçuların çətinliyini anlamalıyıq. Zaman lazımdır. Qələbələr gələ-gələ daha yaxşı olacağıq. Bugünkü oyunda qalib gəlmək istəyi çox idi. Buna görə futbolçulara təşəkkür edirəm.

    – Narazı qaldığınız məqam hansı idi?
    – Olmadı. Mütəxəssislər, azarkeşlər oyunu təhlil edəndə, hansısa futbolçuların oyunun içindən qopdunu deyə bilər. Amma işimiz, borcumuz odur ki, bunları anlayaq. Komanda təzədir. Belə şeylər olacaq. Bir az üzüldüyüm an o oldu ki, tam başqa şey düşünürdük, başqa cür hazırlaşırdıq. Oyun formatında, oyunçular baxımından... Sağ və sol vingerlərin sıradan çıxması, məşqdə zədələnməsi bizə problemlər yaratdı. Toplanış vaxtı bir cür hazırlaşırsan. 2-3 oyunçunun heyətdə olmaması planlarımızı pozdu.

    – Kenan Piriçin qol buraxdığı epizodda mövqe seçiminə narazı qaldınız?
    – Fikrimcə, Piriçə oyundan sonra irad bildirmək düzgün deyil. Həftə var, təhlillər var. Təcrübəlidir, yaxşı və pisi bilir. 

    – Bir neçə gün əvvəl demişdişdiniz ki, hansı boşluqlar olduğunu desəm, menecerlər təkliflər göndərəcək. Bugünkü oyundan sonra həmin təkliflər gələcək?
    – Düşünmürəm. Sözdür, deyirik. Komandadan çox razı qaldım. 

    – Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Kenan Piriç gəlib, kapitanlar arasında onun adı yoxdur...
    – Ötən dəfə də demişdim, 3 yaxşı qapıçımız var. "Neftçi" üçün yaxşıdır. Rəqabət möhkəmlənir. Kapitan məsələsi... Xatırlayırsınızsa, dedim ki, bu komandaya ayaq basanda, nə qədər söz-söhbət var idi. Rzanı kapitan təyin etdim ki, bu söhbətlər sakitləşsin. Kapitan məsələsi bir kənara qoyulsun, futbolumuz danışılsın istəyirdim. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. "Neftçi"nin kapitanı Emin Mahmudovdur. Vitse-kapitanlar da var. Kapitanların meydanda və meydandan kənar etdiyi işlərdən çox şey asılıdır. Seçdiyimiz insanlar var, bu söhbəti bağlamaq lazımdır. Rza digər futbolçular kimi bizim üçün dəyərlidir. 

    – İstədiyiniz sistemi formalaşdırmaq üçün nə qədər vaxt lazımdır? Cari mövsüm bəs edəcək?
    – Allah qoysa, edəcək. Məqsəd qoymuşuq... Avrokuboklarda oynamaq istəyirik. Bizim artıq beynimizdə sistem var. Ona görə məşq keçirik. Yaxşı toplanış keçmişik. Gözləmədiyiniz hallar baş verir ki, bəzi oyunçular sıradan çıxır. Xeyrini də görəcəyik.

    – Ramil Şeydayev, Aleks Fernancis və Ryonosuke Ohorinin adı iştirak ərizəsində yox idi. Bu onu göstərir ki, onları gözdən çıxarmısınız?
    – Kimi çıxarmışıq, çıxarmamışıq, bu haqda öz saytımızda elan veriləcək. Onlarla gələcək barəsində danışmışıq. Yaxın günlərdə həmin oyunçular haqda saytımızda informasiya çıxacaq.

    – "Neftçi" büdcə və heyət baxımından "Şamaxı"dan üstündür. Amma qarşıda daha gərgin mübarizə sizi gözləyir. Favorit "Qarabağ" var. İddialıların sayı çoxalıb. Sizcə, "Şamaxı" ilə heç-heçəyə razılaşan "Neftçi" digər güclülərlə bacaracaq? Buna gücünüz var?
    – Əlbəttə, müqavimət göstərməyə gücümüz var. Yaxşı komandamız var. Qalib gəlmək əzmi ilə meydana çıxırlar. Uzun marafona girmişik. Bu marafonda yenilgi də olacaq. İstər bizdə, istər dediyiniz komandalarda. Bu, normaldır. Əsas biz öz işimizi görək.

    – 2-ci hissədə topa nəzarət "Neftçi"də idi. Hücumların davamı cərimə meydançasına qədər gedirdi. Bitiricilik çatmırdı. Bu problemi necə aradan qaldıracaqsınız?
    – Hansısa problem üzə çıxırsa, dərhal hansısa oyunçunu gətirməliyik deyə, bir şey yoxdur. Bu probləmlər sezildi. Amma çox sıx oynayan komandaya qarşı yenə də epizod yaratdıq. Qola çevirmək lazım idi. Çalışacağıq ki, bunları da düzəldək. Biz ilk hissədə qol vursaydıq, fikrimcə, oyun tam başqa məcrada keçəcəkdi.

    Futbol

    Küveytdə qalan FIFA referilərimiz Vətənə qayıtdılar

    7.03.2026 21:30:10
    Futbol

    Seçmə mərhələ: Millimiz 2-ci oyunda uduzdu

    7.03.2026 21:02:44
    Futbol

    Azərbaycan klubunun yeni prezidenti bilindi

    7.03.2026 20:13:04
    Futbol

    "Kəpəz"lə matça qədər fərqi azaltmalıyıq" – Füzuli Məmmədov

    7.03.2026 18:44:48
    Futbol

    "Bu, rəhbərlikdən gələn tapşırıqdır" – Saşa İliç

    7.03.2026 18:14:16
    Futbol

    "Sumqayıt" autsayderlə də bacarmadı – VİDEO

    7.03.2026 17:24:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız Avropa Kubokuna "bürünc"lə başladı

    8.03.2026 00:06:26

    "Cəzalı və xəstə olan oyunçularımız var idi" - Ərhan Tokər

    7.03.2026 23:49:39

    "Bu, bizə qarşıdakı hədəf matçlarımız üçün motivasiya verir" - "Şəki"nin baş məşqçisi

    7.03.2026 23:40:27

    "Sabah" və "Abşeron Layns"dan inamlı qələbə

    7.03.2026 23:30:50

    Cüdoçularımız Avstriyada daha 2 medal qazandı – FOTOLAR

    7.03.2026 22:16:19

    Küveytdə qalan FIFA referilərimiz Vətənə qayıtdılar

    7.03.2026 21:30:10

    Seçmə mərhələ: Millimiz 2-ci oyunda uduzdu

    7.03.2026 21:02:44

    Azərbaycan klubunun yeni prezidenti bilindi

    7.03.2026 20:13:04

    "Kəpəz"lə matça qədər fərqi azaltmalıyıq" – Füzuli Məmmədov

    7.03.2026 18:44:48

    "Bu, rəhbərlikdən gələn tapşırıqdır" – Saşa İliç

    7.03.2026 18:14:16

    "Sumqayıt" autsayderlə də bacarmadı – VİDEO

    7.03.2026 17:24:31

    "Karvan-Yexlax" – "Sumqayıt": HEYƏTLƏR

    7.03.2026 13:43:05

    "Neftçi" Vernidubun istəyini nəzərə alıb, onu da Bakıya gətirdi - FOTO

    7.03.2026 13:15:08

    Milli komandaların məşqi və oyunları üçün bu məkandan istifadə olunacaq - FOTOLAR

    7.03.2026 12:46:04

    Nazim Sadıqovun növbəti rəqibi bilindi

    7.03.2026 12:12:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved