Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ondan xahiş etdim ki, qızıl medal almısan, xırda faulları az ver" – Ayxan Abbasov
    16.08.2025 22:41:33

    Misli Premyer Liqasının I turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olan "Şamaxı" 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    – Çempionat dayananda, bir az qədrini bilirik. İlk oyun idi. Rəqib "Neftçi" idi, özü də səfərdə. Onlarda yeni oyunçular var idi. İlk oyunda rəqibləri təhlil etməkdə çətinlik çəkirdik. Bizim də yenilərimiz var idi. Onlara da səfərdə bu arenada "Neftçi"yə qarşı oynamaq çətin idi. Amma ilk oyuna baxmayaraq, futbolçularımdan razı qaldım. İlk hissə daha çox hücumlarla keçdi, rəqibin üstünlüyünü bilirdik. Bizdə yorğunçuluq oldu. Dəyişiklik etdik. Səfərdə 1 xal bizi sevindirir. Bu mövsüm daha yaxşı olmaq istəyirik, futbolçularımızın daha yaxş inkişafını istəyirik. Əziyyət çəkməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymamışdılar.

    – Heyətin geniş olmaması işinizi çətinləşdirəcək? Pulunuz yoxdur deyə, legioner gətirə bilmirsiniz?
    – Görəsiniz ki, komandanı necə qurmuşuq..Ehtiyat qüvvə bizdə gənclərdir. Çəkinmədən onlara şans verəcəyik. Onların da şansı gələcək. Əlbəttə ki, onların oyunu ilə digərlərinin oyununda fərq olacaq. Heyətimiz qarşımıza qoyulan hədəfə çatmağa imkan verir. Bizim də büdcəmiz çox olsaydı, 16-17 legioner gətirərdik. Yerliləri də transfer edə bilmirik. Yerli futbolçular gətirmək bizim üçün legioner gətirməkdən asandır. Biz qarşımıza başqa məqsədlər qoymuşuq. Bu gün hamı avrokuboklara, yuxarı yerə oynamağa cəhd etməməlidir. Biz də istəyirik. Amma hədəfimiz başqadır. Emil Süleymanova əsas heyətdə şans versəm, inanıram ki, pis olmayacaq. Oruc Məmmədov və Edqar Adilxanov da bura daxildir. Onları da meydançada görəcəyik. 

    – Edqarın ehtiyatda qalması nə ilə əlaqədar idi? 90 dəqiqə oynamağa hazır deyil?
    – Edqar bizim əsas oyunçumuzdur. Toplanışda son oyunlarda dəyişiklik edirdik. Edqarın cinahında rəqabət var. Bu onun inkişafına gətirəcək. Edqarın böyük potensialı var. Bizi tam qane etməsi üçün çox çalışmalıdır.

    – İlk qol sizə psixoloji üstünlük verdi. Qarşıdakı matçlarda da bunu düşünəcəksiniz?
    – Məqsədimiz qol vurmaqdır. Amma ilk hissə, ya 2-ci hisə... "Neftçi" kimi komandaya qol vurduqdan sonra bizə təzyiq artacaqdı. Bunu bilirdik. Cinah müdafiəçisini çıxarıb, rəqib yarımmüdafiəçiləri cinahlara atdı. Xordan Resabala 2-ci hissə bizə başağrı oldu. 2:0 olsaydı, tam başqa cür olardı. "Neftçi"nin də dirəkdən dönən epizodu oldu. Bizdən üstün rəqiblərə qol vurmaq psixoloji üstünlükdür. Təzyiqə dözməlidirlər. Futbolçularımı təbrik etdim ki, son 10 dəqiqə "Neftçi"nin təzyiqinə dözdük. Ötən mövsüm son dəqiqələrdə çox qol buraxırdıq. Ötən mövsüm futbolçularımın soyuqqanlılığı çatmırdı. Rüfət Abbasov ötən mövsümlə müqayisədə daha soyuqqanlıdır. Hamısı inkişafımıza doğru gedəcək. Əsas odur təslim olmayaq.

    – Elçin Məsiyevlə 2 dəfə sərt mübahisə yaşadınız. Nə baş vermişdi?
    – 1-cisi, Elçin Məsiyevi təbrik etdim. UEFA Superkubokunda 4-cü hakim olmasına görə fəxr etdik, qürurumuzdur. Futbol hakimliyi, inspektoru olsun – UEFA-da bizi təmsil edəndə adımızdır. Ondan xahiş etdim ki, qızıl medal alan hakimsən, xırda faulları az ver (gülür). Pis idarə etmədi. Xırda faullar var idi ki, bizdə sarı oldu, rəqibdə yox. 

    – U-21 yığmasının baş məşqçisi kimi necə düşünürsünüz, yerlilər bu gün az idi. Hazırkı durumu necə şərh edərdiniz?
    – Bununla bağlı öz fikrimi çox demişəm. Bu qərar çıxanda oxumusunuz. Yerli futbolçu çox oynamalıdır. Durumla mən də ayaqlaşmalıyam. Əsas heyətdə 2 oyunçu idi. Amma sonradan meydana girənlər gənc və yerlilər idi. Buna qayıtmaq, danışmaq gecdir. Qərarlar verilib. Yeniliklər çoxdur. Özümüz üçün maraqlıdır.

    – "Şamaxı"nın baş məşqçisiniz, amma U-21 yığmasını da çalışdırırsınız. Heyəti quranda nə qədər klubu fikirləşsəniz də, U-21 futbolçularının oynaması üçün, praktikasının olması üçün, onları meydana buraxmaq məcburiyyətindəsiniz. Bu sizin özünüz üçün ikiqat təzyiq yaradır?
    – Yaxşı sualdır. Daxilimdə olan mübarizədir. Amma biz fikirləşəcəyik. Klub olaraq, həm rəhbərlik, həm biz onsuz da ötən mövsüm U-21-in baş məşqçisi olmayanda da, Rüfət Abbasovu, Rauf Rüstəmlini gətirəndə də, oranı düşünmürdük. Prinsiplərimiz gəncləri yetişdirməkdir. Komandada rəqabət var. Oyun olacaq ki, bu riskə gedəcəyik. Amma unutmayaq ki, "Şamaxı"nın da Premyer Liqada yerini təmin etməliyik. Gələcək imkan verərsə, daha çox şans verəcəyik.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Akademiya

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved