Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Belə tənqidlərlə maraqlanmıram" – Jorje Kaşkilya
    16.08.2025 20:04:12

    Misli Premyer Liqasının I turunun “İmişli” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Jorje Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Yaxşı oynadıq. Müdafiədə yaxşı oyun getdi. Son dəqiqələrdə qol buraxmaq ağırdır. Məyusedici haldır. Bu, futboldur. İlk hissədə orta xətdə oyun gedirdi. Komandalar bir-birini kəşf edirdi. 2-ci hissədə taktiki baxımdan daha yaxşı oynadıq, şanslarımız oldu. Son dəqiqələrdə qapıçımız və müdafiəçimizin zədələnməsi oyuna təsir göstərdi. Əlavə vaxtda sıxıntılar yaşadıq və qol buraxdıq.

    – Əsas oyunçularınız – belaruslu qapıçı Andrey Sinenko və braziliyalı mərkəz müdafiəçisi Cioqo Holo (Diogo Rollo) zədələndi. Görünən odur ki, qapıçının durumu daha ağırdır. Onun yerinə daxil olan Hüseynəli Quliyevin meydana girməsindən sonra top buraxdınız. Əgər əsas qapıçınızın səhhəti ciddi olsa, yerinə transfer düşünürsünüzmü?
    – Gözləyəcəyik, son durumu biləndən sonra nə edəcəyimizə qərar verəcəyik. Ümid edirik ki, tez qayıdarlar. Transfer haqda düşünmürük.

    – “Turan Tovuz” ötən mövsüm adətən qələbə qollarını son dəqiqələrdə vururdu. Bu məqamdan xəbəriniz var idi?
    – Əlbəttə, oyunları təhlil etmişdik. Rəqibin aqressiv oynadığını, uzun ötürmələrə üstünlük verdiyini bilirdik.

    – Premyer Liqada debüt etdiniz. İlkin təəssüratlarınız nədir?
    – Bura gəlməzdən əvvəl baxmışdım. Azərbaycanda 4-5 səviyyəli komanda var və çempionat yaxşı səviyyədədir. Klublarda legionerlər var, yaxşı rəqabət gedir. Səviyyə yaxşıdır. İlkin təəssüratlar xoşdur.

    – Premyer Liqadan baş çıxara biləcəyinizə inanırsınız?
    – Burada nəticə əldə etmək, peşəkarlığımı göstərmək istəyirəm. Komandam ilk oyunda taktiki baxımdan yaxşı idi. “İmişli” ilə nəticə qazanmaq olar.

    – Kluba təyinat alanda mediada "İmişli" tənqid olundu ki, Premyer Liqada debüt edən komandanı legioner məşqçi çalışdıracaq. Bunlardan xəbəriniz var idi və var idisə, bu tənqidlərə reaksiyanız necə idi?
    – Belə tənqidlərlə maraqlanmıram. Əsas diqqətim komandamın yaxşı olmasındadır. Bunun üzərində çalışırıq. Bu gün çempionluğa oynamaq istəyən komandaya qarşı normal oynadıq, 2-ci hissədə daha yaxşı futbol göstərdik. Bu o deməkdir ki, taktikam işləyir.

    – Komanda İmişlini təmsil etsə də, Bakıda hazırlaşır, Şamaxıda oynayır. Bu necə təsir edir və məşqçi karyeranızda bu hallarla rastlaşmısınız?
    – Problemlərə baxmayaraq, əsas məqsəd komanda üzərində işləməkdir. Belə amillər böyük təsir göstərmir. Düzdür, doğma bölgəmizdə oynamaq istərdik, amma bu işlərlə rəhbərlik məşğul olur. İşimiz komanda ilədir. Karyeramda ilk dəfədir ki, belə hal olur... Sonda azarkeşlərimizə də təşəkkür edirəm, uzun yoldan gəliblər. Bizi tək qoymadılar. Onlara minnətdarıq. Söz veririk ki, “Neftçi” ilə oyuna burada daha hazır olacağıq.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved