Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" daha bir futbolçu transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, "sarı-göylər" Donqo Kresus Donaldı heyətinə cəlb edib. Fildişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, oyunçu son olaraq Belarusun BATE klubunda çıxış edib.

