"Neftçi" Misli Premyer Liqasının ilk turunda qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını yekunlaşdırıb.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Komandanın futbolçusu Edvin Kuç ötən mövsümdən cəzalı olduğu üçün bu görüşü buraxacaq.
Qeyd edək ki, avqustun 16-da “Palms Sports Arena”da (keçmiş "Neftçi Arena" - red.) keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 20:00-da başlanacaq.

