“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Prosport.Az xəbər verir ki, komanda Antonio Laranı heyətinə qatıb.
26 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik (1+1) müqavilə imzalanıb. Braziliyalı futbolçunun son klubu Qətər təmsilçisi "Əl-Biddə" olub.
Qeyd edək ki, o, "Əl-Biddə"nin heyətində 8 oyunda 1 qolla yadda qalıb.

