Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Heç kimə asan təslim olmayacağıq" – Azər Həşimov
    15.08.2025 20:38:49

    Misli Premyer Liqasının I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – İlk oyun hər zaman çətin olur. İkili mübarizələr şəraitində keçən oyun oldu. Bu gün 1 xal qazandıq. “Qəbələ”yə uğurlar arzu edirəm. Bu gün burda olmağımda “Qəbələ” klubunun da əməyi var. Uzun illər orda oynamış, işləmişəm.

    – Baş məşqçi kimi Premyer Liqada debüt etdiniz. Özünüzü oyuna necə hazırlamışdınız?
    – Hər rəqibə qarşı əzmkar oynayan komanda formalaşdırmağa çalışmışıq. Futbolçu olanda necə əzmkar idimsə, komandamdan da onu gözləyirəm. Məşqçi futbolçuların simasıdır. İstəyirdik ki, ilk oyunda xal və ya xallar qazanaq.

    – Əsas kapitan Araz Abdullayevdir? Oyunlara nə dərəcə hazırdır?
    – Rəqib bizdən Arazın əsas heyətdə olmasını gözləyirdi. Buna görə taktiki dəyişiklik etdi. Düzdür, Araz da tam hazır deyil. Gələcəkdə daha yaxşı olacaq.

    – Qarşınıza qoyulan hədəf nədir?
    – Hədəf Premyer Liqada möhkəmlənmək, əzmkar komanda formalaşdırmaq, asan məğlub olmamaqdır. Bacardığımız qədər yaxşısını etməyə çalışacağıq.

    – Legioner transferi olacaq?
    – Güman ki, yox. 12 legionerimiz var. Həftə ərzində baxırıq, kim özünü yaxşı göstərirsə, o da meydana çıxır.

    – Bu heyət çempionatda qalmağa kömək edəcək?
    – Düşünürəm ki, hə.

    – Mövsüm başlamazdan öncə autsayderlər arasında “Karvan-Yevlax” da göstərilirdi…
    – Hələ mövsüm indi başlayıb. Avrokuboklarda iştirak edən klublarımızdan heç kim rahat deyə bilməz ki, “Karvan-Yevlax”ı asan məğlub edəcəyik. Heç kimə asan təslim olmayacağıq.

    – Oyunun qəhrəmanı qapıçınız idi. Onu necə tapmısınız?
    – Tək qapıçı yox, futbolçular da əzmkar oynadı. Təklif olundu, baxdıq və bəyəndik. Uzun marafon var. Hamı şans qazanacaq.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved