Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzən elə bilirdim meydanda oynayıram" – Kaxaber Sxadadze
    15.08.2025 20:00:50

    Misli Premyer Liqasının I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Xeyli sayda qol imkanlarımız oldu. 3,4 yox, 6-7 fürsətimiz var idi. Oyunçularım yaxşı oynadı, hər birindən razıyam. Qol epizodlarımızı dəyərləndirə bilmədik və rəqib fərqləndi. Uşaqlar yaxşı çalışdılar. Sonradan meydana daxil olan oyunçular üçün zaman lazımdır ki, daha yaxşı olsunlar.

    – Oyunun qırılma nöqtəsinin əvəzetmələr olduğunu düşünmürsünüz?
    – Razıyam. Lakin sonradan meydana daxil olanlar da bizim oyunçularımızdır. Düzdür, gözlədiyimiz oyunu ala bilmədik. Məsələn, Paulo Qimbilanın sürəti, texnikası var, ancaq bunu görmədik. İstənilən halda, komandadakı hər oyunçuya şans verməliyik ki, onları görək. İbrahim Sanqare komandaya yeni qoşulub və uyğunlaşması üçün vaxta ehtiyacı var.

    – Start heyətdə ötən mövsümdən 6 oyunçu var idi. Bunun hansı mənfi və müsbət tərəfləri oldu?
    – Yaxşı oyunçularımız var. Şahin Şahniyarov, Eşqin Əhmədov, Nicat Əliyev ötən mövsümün yaxşılarından olub. Onlardan razıyam. Komandada təcrübəli oyunçular var. Məsələn, Domi Joğes Masumu Azərbaycana gələnə qədər peşəkar liqada oynamamışdı, ötən il çempionatda bombardir oldu.

    – Premyer Liqa səviyyəsindədirlər?
    – Burada oynayırlarsa, deməli, hə.

    – Qarşınıza hansı hədəf qoyulub?
    – Hədəf çempionatda mümkün qədər yuxarı yerlərdə olmaq və möhkəmlənmək. Aşağı liqadan gələn klub üçün “Qarabağ”, “Zirə” kimi komandalara qarşı oynamaq çətindir. Məqsəd yerimizi qorumaqdır. Heç bir komandadan çəkinməyəcəyik.

    – Hakimlikdən razı qaldınız? Etirazlarınız oldu…
    – Emosional durum idi. Hakimlərlə bağlı bir şey deyə bilmərəm. Bəzən elə bilirdim, meydanda oynayıram.

    – Qol vura bilməməyiniz rəqib qapıçının ustalığı ilə bağlı idi, yoxsa hücumçularınızın ustalığı çatmadı?
    – Təcrübə çatışmazlığı oldu. Əsas odur ki, qol imkanları yarada bilirik. Sevinirəm ki, bu qədər fürsətlərimiz olur.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Akademiya

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved