Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Nə üçün belə dediyinizi başa düşmürəm" – Valdas Dambrauskas
    14.08.2025 23:04:40

    UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Levski” (Bolqarıstan) oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – “Levski”ni pley-offa yüksəlməsi münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. Çünki iki oyunda qol vura bilmirsənsə, rəqib mərhələ adlamağa layiqdir. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən onların dəstəyini hiss etdik, gözəl atmosfer yaratmışdılar. Taktiki baxımdan nələrsə demək, təhlil etmək çətindir. Çox məyusuq. Bunu unutmalıyıq. Sabahdan çempionat haqda düşünməliyik. Hələ də inkişaf etdirməli olduğumuz çox şey var.

    – Bolqarıstandakı oyundan fərqli olaraq burada qorxaq “Sabah” gördük. Səbəb nə idi?
    – Nə üçün belə dediyinizi başa düşmürəm. Qorxaq deməyiniz oyunçularımıza hörmətsizlikdir. Sofiyada intizamlı oynadıq. Heç-heçəyə yaxşı nəticə demirəm, amma son saniyə bizi bərabərlikdən ayırdı. İnkişaf etdirməli şeylər var. Bugünkü matçın birinci hissəsinə baxsanız, xətlərarası əlaqənin necə olduğunu görərsiniz. Bu gün risk etməli idik. İlk hissədə bir səhvimiz oldu və rəqib qol vurdu. Bundan sonra daha çox risklər aldıq. Üçüncü zonaya gələrkən daha dəqiq ötürmələrimiz olmurdu. Bu da boşluqlar tapmağımıza çətinlik yaradırdı. Bəzən son ötürmələrdə problemlər yaşayırdıq. Bunları inkişaf etməliyik. Çempionata köklənməliyik. Bir arzumuz var, yenidən avrokuboklara vəsiqə qazanmaq.

    – Arenada bu gün 6000-dən çox azarkeş var idi. Lakin oyunun sonlarında artıq arenanı tərk edirdilər. “Sabah”ın belə oyunu fanatlara hörmətsizlik deyildi?
    – Azarkeşlərə nəzarət etmək əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdır. Nəticə yaxşı olsaydı, bizi alqışlayacaqdılar. Fanatları səbirli olmağa çağırıram. Çox məyusuq. Hesabı bərabərləşdirib, oyuna intriqa qata bilərdik. Azarkeş mədəniyyətini bir gündə yaratmaq mümkün deyil. Nəticələrimiz yaxşılaşdıqca, onlar da xoşbəxt olacaq.

    – Şafranko və Sekidika çıxdıqdan sonra hücumun effekti azaldı. Dəyişiklik etməkdə yanıldığınızı düşünmürsünüz?
    – Yanlış xatırlamıramsa, 70-ci dəqiqədən sonra bunu etdik. Hər dəyişikliyin arxasında xoş niyyət var. İstəyirik ki, meydana daxil olan oyunçu aktivliyi artırsın. Amma əvəzetmə elədir ki, qol vursalar, deyəcəkdilər, oyunun gedişatını dəyişdiniz. Amma bu gün alınmadı. Kahim Perrisi meydana saldıq, Anatoli Nuriyev, Xəyal Əliyevlə kreativliyi, sürəti artırmaq istədik. Hətta mərkəz müdafiəçimizi də oyuna daxil etdik ki, standart vəziyyətlərdə nələrsə edə bilək.

    – Müdafiədə boşluqlar çoxdur. Bunları Avropa yarışlarında gördük. “Sabah” vaxtında lazımi sayda keyfiyyətli futbolçular transfer etmədiyi üçün bu gün “Levski” qarşısında aciz göründü?
    – Bu qədər böyük problemi harada gördüyünüzü bilmirəm. İlk hissədə rəqibin qapımıza bir zərbəsi oldu. İkinci hissədə rəqib çox arxaya çəkildi və boşluqlar vermədi. Oyuna nəzarət edən biz idik. Rəqib əks-hücumlardan fərqlənmək istəyirdi. Sadəcə bir fürsətləri oldu və vurdular. Bizim də şanslarımız var idi, amma yararlana bilmədik. Unutmayaq ki, rəqibimiz Bolqarıstan 2-cisi olub. Transfer dəyərləri bizdən artıqdır. Amma biz Sofiyada da əlimizdən gələni etdik. Sadəcə 10 saniyə bizi yaxşı nəticədən ayırdı. Bunun da ikinci oyuna təsiri oldu. Uşaqlar əllərindən gələni etdilər. Həll yolu o deyil ki, indi heyəti dəyişək. Çalışıram ki, daha çox və ağıllı işləyək, komandanı inkişaf etdirək.

    – Çempionatda məqsədiniz nə olacaq?
    – Məqsədimiz maksimum çalışmaqdır. Əlimizdən gələni edəcəyik ki, hər oyunda qələbə qazanaq.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Akademiya

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved