Kiprdə "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasındakı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü başa çatıb.
Prosport.Az xəbər verir ki, Nikosiya şəhərindəki GSP stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Bu komandaların ilk görüşündə də "Omoniya" darmadağına sevinib - 4:0.
Bununla da "Araz-Naxçıvan" avrokuboklarla vidalaşıb.

