Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
Prosport.Az xəbər verir ki, braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə klubuna keçib. 22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Cefferson Masiel Bentu son olaraq Portuqaliyanın “Portimonense” klubunun formasını geyinib. ), 2024/2025-ci illər mövsümündə Portiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.

