Son mövsümü “Səbail”də keçirmiş Qitay Sofir ölkəsinə qayıdıb.
Prosport.Az xəbər verir ki, 25 yaşlı futbolçu İsrail I Liqasında mübarizə aparan “Hapoel" (Hadera) ilə anlaşıb.
Klub artıq “Səbail”in sabiq futbolçusunu ictimaiyyətə təqdim edib. O, 1 il ərzində bu komandada oynayacaq.

