Peşəkar Futbol Liqası (PFL) II Liqada çıxış edəcək klublara dəstək olur.
Prosport.Az xəbər verir ki, komandaların maddi-texniki bazasına dəstək məqsədilə PFL hər bir kollektivə 2025/2026 mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.
Yeni mövsümdə II Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.

