Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Arzuladığım rəqib yoxdur, kim düşsə, oynayacağıq" – Qurban Qurbanov
    12.08.2025 22:59:24

    Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyunundan (5:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Vacib qələbə qazandıq. Stadionda yaxşı atmosfer var idi. Oyuna gəlincə, futbolçuları təbrik edirəm. Bundan daha yaxşı olmalıyıq. Yaxşı, bolqollu oyun oldu. Azarkeşlərin gözlədiyi kimi matç keçdi. Rəqibə uğurlar arzu edirəm.

    – Oyundan əvvəl belə hesablı qələbə gözləyirdiniz?
    – Düşünməyi deyə bilmərəm, amma istəyərdim. İstənilən oyunda çoxqollu matç ola bilər. Əsas olan keyfiyyətli oynamaq, minimum imkanlardan maksimum istifadə edə bilməkdir.

    – Hikmət Cəbrayılzadənin oyunu haqda nə deyə bilərsiniz?
    – Hikmət bir neçə aydır bizimlədir. Akademiyamızdan məşqlərə oyunçular cəlb edirik. Potensiallarına baxırıq. Hikmət gəldiyi gündən bacarığını göstərir. Düzdür, hələ çox çalışmalıdır. Qarşıdakı oyunlarda da şans qazana bilər. Əsas odur, özü işgüzar olsun, futbolu düşünsün.

    – Bu oyun sizə “Lex”lə matçı xatırlatdı?
    – Bəzən belə oyunlar olur. Qol buraxandan sonra qalib gələ bilmək vacibdir. Futbolçuların özlərinə inamı artır. Amma açığı, “Lex”lə oyunu xatırlatmadı.

    – Sami Mmaenin oyunu haqda fikirləriniz nədir?
    – Onun oyunu cəlbedicidir. Lazım olan anda lazım olan yerdə olur. Oyunu idarə etməyi bacarır. Ondan razı qaldım. İdman formasından uzaq olsa da, məşqlərdə çox çalışır, istəklidir.

    – Yankoviçin qayıdışı, Kadinin öz mövqeyinə dönməsi oyun planına hansı təsiri etdi?
    – Bütün oyunçuların sağlam olmasını istəyirəm. Hər oyunçunun öz keyfiyyəti var. Bir neçə il birlikdə oynayanlar bir-birilərini yaxşı tamamlayır. Təcrübə, ustalıq belə matçlarda önəmli olur.

    – Növbəti mərhələdə hansı rəqib münasib olardı?
    – Bu haqda düşünmürəm. Arzuladığım rəqib yoxdur. Kim düşsə, oynayacağıq.

    – Premyer Liqada ilk turun “Sabah”la oyununun təxirə salınması komandaya mənfi, ya müsbət təsir edəcək?
    – Hansısa təsirin olacağını düşünmürəm. Oyunlar arasında vaxt məsələsi var. Ona görə təxirəsalınma texniki nüansdır. “Sabah”a da avrokuboklarda uğurlar arzu edirəm.

    – Rəqibin boşluqlarını hansı anda gördünüz?
    – Hücumlarımız daha sürətli idi. 2-ci qoldan sonra rəqib motivasiyadan düşdü. Bu onlara təsir etdi. Cinahlardan keyfiyyətli hücumlar qurmağa çalışırıq.

    – Komanda yaxşı nəticə əldə etsə də yenə təzyiqlər, tənqidlər var. Sanki ölkə futbolunun yükü “Qarabağ”ın çiyinlərindədir. Belə halda oynamaq çətin olmur?
    – Yük varsa, deməli, işlər də keyfiyyətli olmalıdır. Dərindən düşünməli, aktiv olmalısan. Digər klublarımızın Avropada mərhələ adlamasını istərdim. “Sabah”ın şansı var. Onlara uğurlar arzu edirəm. İllərdir, eyni proseslər demək olar, gedir. Azərbaycanlıların hər sözü, tənqidi mənə xoşdur. Bu, bizi daha məsuliyyətli olmağa çağırır. Nə qədər gücümüz var, çalışacağıq.

    – Çempionatda 3 komanda Şamaxıda süni örtükdə oynayacaq. Çempionatın gedişində belə meydançalarda çox oynamaq Avropadakı matçlarınıza necə təsir edəcək?
    – Çox təsir edəcək. Tək meydança deyil, azarkeş məsələləri də var. Başqa ölkələrdə çempionat oyunlarında hər oyunda yaxşı azarkeş atmosferi olur. Bu, futbolçulara da təsir edir. Süni örtüklü meydançalar minusdur. Oyun keyfiyyəti, futbolçu həvəsi aşağı düşür. Bunlar həm inamsızlığa gətirir, həm də zədələrə yol açır. Bu, böyük problemdir. Təsəvvür edin, avrokubok matçlarından sonra oyunumuz süni örtüklü meydançaya düşsə və günorta oyunlar olacaqsa, bizimçün zərbədir. Əfsuslar olsun, bu gün belədir. Həmişə gələcəyə pozitiv baxmalıyıq. Hər dəfə bunu deyirik, daha yaxşı olar. Azından komanda sayı artdı. Amma 3 komandanın eyni süni örtüklü meydançada oynaması mənfi haldır. Çalışacağıq, maksimum ehtiyatlı olaq.

    – Dani Boltun sonradan oyuna daxil olması nə ilə bağlıdır?
    – Zədədən yeni qayıdıb. Formasını yavaş-yavaş bərpa edəcək. Həmin mövqedə Mateus Silva ilə böyük rəqabətdədirlər.

    – AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Problemləri orda qabarda bilərsiniz. Sizcə, orda sizi bu məsələdə dinləyərlərmi?
    – Məsələni qaldırmağa ehtiyac yoxdur. Bunu orada olan hamı bilir. Komandalara güzəşt müddəti verilib. Məsələ hər iclasda müzakirə olunur. Bununla bağlı işlər görüləcək. Ümid edirəm ki, klublar tərəfindən bunlar edilər.

    Futbol

    "Mançester Siti" Xusanovla müqaviləni uzadıb

    25.07.2026 18:41:22
    Futbol

    Kamilo Duran "Milan"a da qol vurdu

    25.07.2026 18:38:24
    Futbol

    Rodri "Real"la razılaşıb

    25.07.2026 15:15:58
    Futbol

    Çempionlar Liqası: "Neftçi" PAOK-a qarşı

    25.07.2026 14:19:44
    Futbol

    Avropa Liqası: "Qarabağ"ın səfər oyununun biletləri satışa çıxarılır

    25.07.2026 12:52:20
    Futbol

    Azərbaycanlı hücumçu Almaniyada mövsümə məğlubiyyətlə başladı

    25.07.2026 10:40:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Mançester Siti" Xusanovla müqaviləni uzadıb

    25.07.2026 18:41:22

    Kamilo Duran "Milan"a da qol vurdu

    25.07.2026 18:38:24

    Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub – FOTOLAR

    25.07.2026 17:43:40

    Millimiz qələbə qazandı

    25.07.2026 17:03:40

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02

    Rəqibini təpiklədi, 5 il uzaqlaşdırma aldı

    25.07.2026 15:48:16

    Rodri "Real"la razılaşıb

    25.07.2026 15:15:58

    Millimiz Türkiyəyə toplanışa yollandı

    25.07.2026 14:52:28

    Çempionlar Liqası: "Neftçi" PAOK-a qarşı

    25.07.2026 14:19:44

    Avropa Liqası: "Qarabağ"ın səfər oyununun biletləri satışa çıxarılır

    25.07.2026 12:52:20

    Çili çempionatının bürünc mükafatçısı Azərbaycanda oynayacaq

    25.07.2026 11:42:41

    Bakıdakı dünya çempionatının azərbaycanlı hakimləri bilindi

    25.07.2026 11:16:49

    Azərbaycanlı hücumçu Almaniyada mövsümə məğlubiyyətlə başladı

    25.07.2026 10:40:33

    "Bu turnirin bəhrəsini 1-2 ildən sonra görəcəyik" – Rüstəm Orucov

    25.07.2026 10:38:12

    "Bu cür turnirlər gənc idmançılar üçün böyük təcrübədir" – Natiq Bağırov

    25.07.2026 10:31:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved