Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Tahir Gözəl "Şkendiya"nın sahibi ilə görüşdü
    12.08.2025 19:03:42

    Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” - “Şkendiya” oyunu öncəsi iki klubun rəhbərliyi arasında görüş təşkil olunub.

    Prosport.Az xəbər verir ki, qeyri-rəsmi nahar görüşündə klubumuzun prezidenti Tahir Gözəl, “Şkendiya”nın sahibi Lazım Destani və ailəsi, həmçinin hər iki klubun nümayəndələri bir araya gəliblər. Tahir Gözəl Şimali Makedoniyada keçirilən səfər matçı zamanı xoş qarşılanmaya və dəvətə görə “Şkendiya” klubunun rəhbərinə təşəkkürünü bildirib.

    Destani ailəsi isə göstərilən xüsusi diqqətə və səmimi qonaqpərvərliyə görə təşəkkür edərək, ölkəmizin insanlarını, mədəniyyətini və zəngin mətbəxini çox bəyəndiklərini qeyd ediblər.

    Səmimi söhbət iki klub, iki ailə və iki xalq arasında uzunmüddətli dostluq niyyətinin ifadəsi ilə yekunlaşıb. Həm “Qarabağ”, həm də “Şkendiya” rəhbərliyi bugünkü oyunun iki dost komanda arasında centlmenlik və nümunəvilik ruhunda, yüksək rəqabət şəraitində keçəcəyinə əminliklərini ifadə ediblər.

    "Qarabağ"ın prezidenti Tahir Gözəl görüşlə bağlı klubun saytına təəssüratlarını bölüşüb. O, futbolun ən böyük gözəlliklərindən birinin müxtəlif ölkələrdən, mədəniyyətlərdən olan insanları bir araya gətirməsi olduğunu vurğulayıb: “Şimali Makedoniyanın inkişafına mühüm töhfələr verən, alban-müsəlman icmasını yüksək səviyyədə təmsil edən hörmətli Destani ailəsi ilə tanış olmaqdan böyük məmnuniyyət hissi duyuram. Bizim söhbətlərimizdə həm ölkəmizin tarixi, Qarabağımızın hekayəsi, həm də ölkələr və insanlar arasında qurulan dostluq və biznes əlaqələri öz əksini tapdı. Destani ailəsi Şimali Makedoniyanın iqtisadi və sosial inkişafında mühüm rol oynayan, uğurlu layihələrə imza atan və nüfuz qazanmış hörmətli insanlardır. Onları tanımaqdan qürur duyuram”.

    Keçmiş uğurlara və sərgilədiyi yüksək keyfiyyətli oyuna görə “Şkendiya”nı təbrik edən Tahir bəy bu axşam baş tutacaq matçın hər iki komanda üçün layiqincə keçəcəyinə inandığını söyləyib: “Bugünkü həyəcanlı oyunda hər iki komandaya uğurlar arzulayıram. Hansı komanda qalib gəlsə, onu təbrik edəcəyik. Çünki qarşımızda layiqli rəqib və dostlarımız var. Lakin daha önəmlisi, belə bir mənəvi dəyər daşıyan qarşılaşmada iştirak etməkdir.

    Sonda demək istəyirəm ki, biz təkcə futbol oynamırıq – dəyərləri, tarixi və birliyi təmsil edirik. Və bu gün burada yaşanan dostluq, bu dəyərlərin zəfəridir”.

    Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. İlk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved