Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İmişli"nin Qubada oynaya bilməməsinin yeni səbəbləri üzə çıxdı – Niyə stadionla müqavilə imzalanmayıb?
    12.08.2025 14:50:56

    Premyer Liqanın debütantı "İmişli"nin ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin (OİK) stadionunda keçirə bilməməsinin səbəbi aydın olub.

    Prosport.Az məsələni araşdırıb.

    3 gün əvvəl PFL Misli Premyer Liqasının ilk turunun təqvimini açıqladı. Orada 3 qeyd vardı. Həmin qeydlərdən 1-cisi Dövlət Himni, 3-cüsü "Qarabağ"ın "Sabah"la oyununun təxirə salına biləcəyi barədə idi. 2-ci qeyd isə sözün əsl mənasında böyük rezonans doğurdu. 

    Orada nə yazılmışdı? “İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk 2 ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək".

    PFL-in Texniki İdman şöbəsinin direktoru Elgiz Abbasovun sportal.az saytına həmin gün – avqustun 9-da verdiyi açıqlamadan sonra isə bəzi mətləblər üzə çıxdı. Məlum oldu ki, 25.07.2025-ci il tarixində PFL tərəfindən sözügedən stadiona baxış həyata keçirilib. Klub rəhbərliyinin də iştirak etdiyi təftiş prosesi zamanı yerində çatışmazlıqlar barədə məlumat verilib, eyni zamanda həll yolları təklif olunub. Təftişin nəticələri barədə 28.07.2025-ci il tarixində “İmişli” klubunun elektron poçt ünvanına təqdimat göndərilib və avqustun 8-nə qədər qeyd olunan çatışmazlıqların aradan qaldırılmasının vacibliyi vurğulanıb.

    Lakin keçən müddət ərzində cəhdlərə baxmayaraq, stadionla klub arasında imzalanmış rəsmi müqavilə təqdim olunmayıb, eləcə də, klub tərəfindən çatışmazlıqların aradan qaldırılması ilə bağlı faktiki addımlar atılmayıb.

    Burada bir cümlə – "stadionla klub arasında imzalanmış rəsmi müqavilə təqdim olunmayıb" bizim bilmədiyimiz yeni mətləblərin üzə çıxması üçün açar rolunu oynayır. Məhz bu cümlənin izi ilə araşdırma apardıq.

    Məlum olduğu kimi, Quba stadionu Quba OİK-ə məxsusdur. Quba OİK isə öz növbəsində Gənclər və İdman Nazirliyinə tabe olan idman qurğusudur. Deməli, "İmişli" ilə kompleks rəhbərliyi və ya nazirlik arasında bağlanmamış müqavilədən söhbət gedir. Bəs həmin müqavilə niyə bağlanmayıb? "İmişli" rəhbərliyi bu məsələdə susqunluq nümayiş etdirsə də, digər tərəflərin mövqeyini öyrənə bildik.

    Əvvəlcə məsələ ilə bağlı nazirliyə sorğu yolladıq. Burada daha bir yeni faktın üstü açıldı. Nazirliyin mətbuat xidmətindən verilən cavabı təqdim edirik: "Quba OİK-in stadionunda ötən ildən "Haypers Quba" (indiki "Quba" komandası) ev oyunlarını keçirir. Eyni zamanda “Xudat” futbol komandası da bu ildən müqavilə imzalamışdı. Lakin hazırda “İmişli”nin bu stadionda oynaması ilə bağlı danışıqlar davam edir".

    "Xudat"? Məlum olur ki, Xaçmazın Xudat şəhərini təmsil edən bu komanda da eyni zamanda bu stadionda oynamaq istəyirmiş. "Xudat"ın yeni mövsümdən II Liqada oynamaq istəyini bilirdik. Lakin PFL son anda dağılan "Qusar"ı (rəhbəri menecer olan Kamil Məmmədov artıq bütün diqqətini "Neftçi"yə yönəltdiyindən) AFFA Region Liqasının 3-cüsü "Ağstafa Gəncləri" ilə əvəzlədiyindən, "Xudat"ın bu istəyi baş tutmadı.

    "Xudat" komandasının direktoru Rəsul Şükürsoydan da məsələyə münasibət öyrəndik: "Biz stadionla müqavilə bağlamışdıq. Lakin II Liqada oynamayacağımızdan, müqaviləyə xitam verildi".

    Bizdə olan məlumata görə, kompleks rəhbərliyi isə 3 klubun orada oynayıb, qazonu pis vəziyyətə salmasından narahat olduğundan, "İmişli" ilə müqaviləyə razılıq verməyib. Bu səbəbdən də tam təbii olaraq klub müqavilə bağlamamış başqasına sahib stadionda olan çatışmazlıqları da aradan qaldıra bilməzdi. Yəni, düşünmürük ki, legioner baş məşqçi və əcnəbi futbolçular gətirən klub stadionda olan çatışmazlıqları aradan götürməkdə çətinlik çəksin. Artıq "Xudat"la müqavilə pozulduğundan, "İmişli"nin yeni sövdələşmə imzalayıb ev oyunlarını müvəqqəti orada keçirməsində heç bir problem qalmayıb.

    Qeyd edək ki, 2025-2026-cı illər mövsümü Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqa yarışlarının Əsasnaməsinin 9-cu maddəsinin 1-ci bəndinə əsasən, klubun ev oyunlarını keçirəcəyi stadion PFL tərəfindən müəyyən edilib. Mövsümün startına 1 həftə qalmış – 08.08.2025-ci il tarixində kluba Premyer Liqa çərçivəsində ilk 2 ev oyununu Şamaxı şəhər stadionunda keçirəcəyi ilə bağlı kluba rəsmi məlumat göndərilib. Bu səbəbdən də "İmişli" avqustun 16-da "Turan Tovuz"la debüt matçını və növbəti ev qarşılaşmasını "Şamaxı"nın və "Karvan"ın da oynayacağı Şamaxı şəhər stadionunda keçirməli olacaq.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved