2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, komanda son mövsümdə Portuqaliyanın "Portimonense" klubunda çıxış etmiş braziliyalı futbolçu Keffel Resende ilə 2+1 illik anlaşma imzalayıb. 25 yaşlı cinah müdafiəçisi "Sumqayıt"ın heyətində "80" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhaci, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini və Masaki Murata ilə gücləndirib.

