Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İtirəcəyimiz bir şey yoxdur" – "Şkendiya"nın baş məşqçisi
    11.08.2025 20:13:54

    "Şkendiya" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

    Prosport.Az xəbər verir ki, Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - "Qarabağ"ı məğlub etmək yolunda əsas faktor nə olacaq?

    - Sabahkı oyun çox çətin olacaq. "Qarabağ" çox güclü, təcrübəli komandadır. Sabah maksimumu edəcəyik. Qol vurmağa çalışacağıq. Birinci oyunu uduzmuşuq. İtirəcəyimiz bir şey yoxdur.

    - İlk oyunda "Qarabağ"a uduzdunuz. Amma hesab 4:0, 5:0 da ola bilərdi. Hansı hissələrdə, epizodlarda səhvlərə yol verdiniz ki, bu qədər zəif çıxış etdiniz? "Qarabağ"la oyunda taktikanı düzgün seçməmişdiniz?

    - Razıyam. İlk oyunda problemlərimiz var idi. Xüsusilə də fiziki problem. Qolda istəmədən səhv etdik, penalti oldu. Bizim də imkanlarımız var idi.

    - "Qarabağ"a qarşı komanda daha ehtiyatlı oynadı deyə, belə nəticə qeydə alındı? Daha cəsarətli oynasaydınız, fərqli nəticə qeydə alına bilərdi? FKSB-yə qarşı fərqli oynamışdınız...

    - Çalışdıq ki, maksimumu edək. Xüsusilə birinci hissədə "Qarabağ" daha yaxşı oynadı. Fiziki cəhətdən geri qalmağımız hiss olunurdu. Amma ikinci hissədə biz daha yaxşı oynadıq. Bizim də qol şanslarımız oldu. Razıyam ki, bu dəfə daha aqressiv və daha hücummeyilli oynayacağıq. Çünki itərəcəyimiz bir şey yoxdur.

    - "Qarabağ"ın tarixinin ən yaxşı futbolçularından biri Muarem Muaremdir. Onunla heç rəqibiniz haqda danışmısınız?

    - Bəli, yaxşı tanıyıram. Həmkarımızdır. Vəziyyət belədir ki, "Qarabağ" bizim oyunları izləyir, biz də onların oyunlarını asanlıqla izləyirik. Hörmət xatirinə onunla əlaqə saxlamadım. Çünki bilirəm ki, Muaremin Qurban Qurbanovla yaxşı münasibəti var. 

    - Bir həftə ərzində fiziki problemi aradan qaldırmaq o qədər də asan deyil. Oyun əlavə vaxtda getsə, bu məsələ sizə problem yaratmayacaq?

    - Belə məsələlər var. "Qarabağ"ın "Şelburn"la matçı bizdən bir gün qabaq olmuşdu. Onların əlavə dincəlmək vaxtı oldu. Səfərlərimiz bizi yormuşdu. Ölkə çempionatı başlamadığı üçün "Qarabağ" əlavə oyunlar oynamır. Amma sabahkı matçda gücümüz kifayət edəcək.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Akademiya

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved