Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Bazarda satılmır ki, pulu verib gətirəsən" - Qurban Qurbanov
    11.08.2025 18:06:22

    "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə sabah Bakıda Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Çox vacib oyundur. Çünki rəqib iddialıdır. Əvvəlki oyunları haqda da demişdim ki, istəklidirlər, döyüşkəndirlər. Buna görə də sabah ola bilər ki, çox güc sərf edək. Matça pis hazırlaşmamışıq. Çox intizamlı oynamağa çalışmalıyıq. Futbolçularla danışmışıq. Yaxşı, maraqlı oyun olacaq. Hər iki komanda ilk görüşün nəticəsinə görə, qalib gəlməyə qadirdir. Bizim bir balaca üstünlüyümüz var, irəlidəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik.

    - "Şkendiya" haqda nə düşünürsünüz?

    - Eyni düşüncədəyəm. Əvvəl də demişdim ki, "Şkendiya" FKSB ilə iki oyunda qalib gələn komandadır. Hamı düşünürdü ki, FKSB qalib gələcək, Amma "Şkendiya" qələbə qazandı. Öz döyüşkənlikləri və xarakterləri ilə bunu bacardılar. Meydanda da şahid olduq. Sabah çox mobil komanda olmalıyıq, bərk durmağı bacarmalıyıq.

    - Kadinin ilk matçdakı intizamsız oyununun, qeyri-peşəkar davranışlarının səbəbi nədir? Bu, onun istəkli olması bağlı idi, yoxsa həmin oyunda təzyiqdən irəli gəlirdi?

    - Bəlkə daha ağır sözlər işlətdiniz. Həm intizamsız, həm qeyri-peşəkar... Amma əslində, belə deyil. Futbolçularımın hamısı son vaxtlarda həm məşqdə, həm oyunlarda istəkli, intizamlıdırlar. Kadi daha çox texnikalı oyunçudur. Bəlkə də top itkilərinin çox olduğunu fikirləşirsiniz. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Son vaxtlarda Avropa futbolunda komandalara baxsaq, top itkiləri çoxalıb. Futbol fərqli olmağa başlayıb. Kadiyə verilən tapşırıq var idi. Topsuz oyunda, müdafiə planında, bəzi hücumların qurulmasında taktiki tapşırıqları düzgün yerinə yetirirdi. Texniki səhvlər qaçılmazdır, həmişə olacaq. Kadinin daha yaxşı olmaq potensialı var.

    - Emmanuel Addai haqda belə fikirlər var ki, qeyri-stabil rejimdədir, qidasına fikir vermir...

    - İstənilən futbolçunun hansısa çatışmayan cəhətləri var. Daha çox özündən asılı olmayan.... İstər-istəməz gəldiyi vaxtla indiki arasında çox fərq var. Oyununda yox, işinə yanaşmasında belədir. Bizim istəklərimizi yerinə yetirməsində çox böyük dəyişiklik var. İnsan orqanizmi fərqlidir. O rejimdən bizim Azərbaycan mətbəxinə düşüb. Həmişə dünyanın ən ləzzətlisi Azərbaycan mətbəxidir. Həqiqətən elədir. O da gəlib, bu cür yeməkləri görür, həvəsli olur. Əvvəl də var idi. Yeməklə bağlı ona kiçik cərimələr də vermişik (gülür). Bəzi insanlar fərqli, həssas olurlar. Gözümüz onun yediyi yeməkdə deyil. Bəzi narazılıqlar olub. Amma son vaxtlar hər şey qaydasındadır. Özüm də bu yolu keçmişəm. İnsan bir həftə, 10 gün yaxşı rejimdə olanda iştahı çoxalır, yaxşı yeməklər istəyir. Dəyişiklik çox olub. Ciddi problem deyil. Çox şey yaxşılığa doğru gedir.

    - "Spartak"la adınız hallanırdı. Nə dərəcədə doğrudur?

    - Xeyr, təklif olmayıb.

    - "Şkendiya" ilə matçda hansı mövqe sizi qane etmirdi?

    - Çox açıqlamağa ehtiyac yoxdur. Sadəcə, bir az səliqəli oynamağımız daha yaxşı olardı. Sadə top itkiləri yaşadıq. Elə oyunçular elə top itkisisinə yol verir ki, bunu nadir hallarda edirlər.

    - İlk matçda Mateuş Koxalski seyvləri ilə diqqət çəkdi. Sabah da polşalı qapıda olacaq?

    - Oynamaq ehtimalı çoxdur. Hər bir halda, bəzi dəyişikliklər etmişik. 

    - Tahir Gözəl açıqlamışdı ki, hücum xətti gücləndiriləcək. Andre Klovisin komandaya gələcəyi gözlənilir. Onu "Qarabağ"da görəcəyik?

    - Çox fubtolçu var ki, transfer siyahımızdadır. Onlardan biri də Klovisdir. Hamısına baxılır, müzakirə olunur. Bu gün desək ki, sabah onu gətiririk, doğru olmaz. Belə məlumat yoxdur. Danışıq gedən futbolçular çoxdur. 

    - Pley-offda rəqibin "Ludoqorets" olmasını istəyərdiinz?  Çünki onların heyəti çox da dəyişilməyib..

    - Qalib gəlsək də, uduzsaq da, eyni rəqiblərlə düşəcəyik. Belə püşkdür. Hansında hansını istəyərik, bunu demək düzgün çıxmaz. Üzərimizə düşən sabahkı oyuna köklənməkdir. 

    - Yeni transfer Joni Montielin durumu necədir?

    - Hazırlıq durumu yaxşı deyil. Bir az vaxt lazımdır. Universal oyunçudur. Mərkəz oyunçusudur, amma sağ cinah hücumçusu kimi oynamaq bacarığı da var. Sadəcə, bir az vaxt lazım olacaq. Rotasiyalar çox edirəm. Bir neçə oyundan sonra tam bərpa olacaq. Orta və sağ cinahda bizə lazım ola bilər.

    - Pley-off matçlarına qədər hücumçu məsələsini həll olunacaq, yoxsa bu heyətlə davam edəcəksiniz?

    - Daim təkrarlanan söhbətdir. Elə mövqedir, transfer siyasəti elədir ki, bazarda satılmır ki, pulu verib gətirəsən. Nə qədər hücumçu transfer etmişik. Bir o qədər də yanılmamışıq. Yaxşı oyunçu gətirməyin həm üstün, həm də bizə zərbə vuran tərəfi var. 3-5 yaxşı oyun oynadı, təkliflər başlayır və oyunçunu itiririk. Onu komandadan gedəndə itirmirik, amma bizdə olanda itirirk. Hansısa kluba "yox" cavabı verəndə, futbolçunun əhvalı korlanır. Hücumçuları alıb, sonra satmışıq. Dino Ndolovunu, İbrahima Vadjini, Juninyunu satdıq, Mahir Emreli getdi. Bunun həm yaxşı tərəfi var, digər tərədən isə bizə mane olur. Kollektiv formalaşdırırsan, oyun üslubu qurursan. Sabah birdən-birə oyunçunun əhvalı pozulur, problem yaşamağa başlayıram. Nəinki hücumçu, həm orta xətt, həm sol-sağ vinger, həm də müdafiə üçün oyunçu axtarırıq. Bir hücumçu gətirməklə dayanmayacağıq. Elə addım atmaq istəyirik ki, oyunçu və bizim üçün tam faydalı olsun. Təzyiqlər çoxdur, hamı hücumçu gözləyir, istəyir. İllərdir ki, hər il bunun müzakirəsini görmüşük. Son vaxtlar Klovislə bağlı çox məlumatlar gedir. Bizdən asılı olmayan şeylər var. Tək bir oyunçunu düşünmürük, kollektivi, gedişatı düşünürük. Kənardan çox rahat görünə bilər, amma işin içində elə detallar var ki, onu da nəzərə almalıyıq. Burada nə üçün işləyirik? Sizləri, azarkeşləri sevindirmək üçün. Futbolçularıma da bəzən deyirəm ki, biz illərdir lider olmaq istəyirik, liderlər sırasındayıq. Hər komanda bunu saxlaya bilmir. O qədər ölkələrin çempionları var, çempion olur, sonra 13-14-cü yerdə olurlar. Böyük "beşlik"də də belə hallar baş verir. Ronaldu getdi, ikinci Ronaldu nə vaxt tapdılar? Ya da, Messi. Liderlərin problemi öndə olur, həm də asan olmur. Əlimizdə olanı qoruyub-saxalamlıyıq ki, oyun sistemimiz pozulmasın, nəticələrimiz ən azından olduğu kimi qalsın. Kreativ oyunçu axtarmağa daha çox vaxt ayırmışıq. Juninyunun xətrini çox istəyirəm, xarakterlidir. İspaniyadan, Braziliyadan təklif gəldi, onu itirdik. Onu et, bunu et deyirdik, edə bilmirdi. İstəyirdi, amma psixoloji məsələ idi. Azarkeşlərimizə bildirim ki, narahat olmasınlar, çalışırıq, bütün detallara fikir verərək, oyunçu götürürük. Elə nüanslar var ki, bir-birimizə mane olur. Axtarışdayıq. Transfer pəncərəsinin son gününə kimi işimizi davam etdirəcəyik.

    - Şimali Makedoniyada Muarem Muaremlə görüşünüz necə keçdi?

    - Kökəlmişdi. Qəlbimizdə böyük yeri var. Eləcə də bütün futbolçuların. Sizin bilmədiyiniz şeylər çoxdur. Kollektivdə hansı ürəklə çalışırlar, bu adı başa düşərək nə cür hazırlaşırlar.

    Futbol

    Premyer Liqa klubu 3 futbolçu ilə yollarını ayırdı

    21.01.2026 15:32:37
    Futbol

    Azərbaycanlı hücumçudan yoxlama oyunlarında 2 qol

    21.01.2026 15:10:58
    Futbol

    Millimizin hücumçusu "Zirə" yolunda

    21.01.2026 14:45:31
    Futbol

    "Qarabağ" - "Ayntraxt" matçına nə qədər bilet satılıb?

    21.01.2026 12:21:13
    Futbol

    Adını 3-cü dəfə dəyişən köhnə "Şəfa" – FOTO

    21.01.2026 12:18:57
    Futbol

    Cahangir Fərəcullayevin müşaviri Avstriyaya yollandı

    21.01.2026 11:40:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqa klubu 3 futbolçu ilə yollarını ayırdı

    21.01.2026 15:32:37

    Azərbaycanlı hücumçudan yoxlama oyunlarında 2 qol

    21.01.2026 15:10:58

    Millimizin hücumçusu "Zirə" yolunda

    21.01.2026 14:45:31

    Debütant darmadağınla qələbə qazandı

    21.01.2026 13:35:10

    Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verdi

    21.01.2026 12:41:21

    "Qarabağ" - "Ayntraxt" matçına nə qədər bilet satılıb?

    21.01.2026 12:21:13

    Adını 3-cü dəfə dəyişən köhnə "Şəfa" – FOTO

    21.01.2026 12:18:57

    Cahangir Fərəcullayevin müşaviri Avstriyaya yollandı

    21.01.2026 11:40:26

    Millimizin futbolçusu oynadı, komandası heç-heçə etdi

    21.01.2026 11:13:57

    "Qarabağ" - "Ayntraxt": Mütəxəssislər Azərbaycan çempionuna güvənir

    21.01.2026 10:56:12

    Almanlar "Qarabağ"ın heyətində bu iki futbolçunu fərqləndirdi

    21.01.2026 10:28:20

    Çempionlar Liqası: "Qarabağ" Almaniya klubuna qarşı

    21.01.2026 10:00:21

    "Ayntraxt" "Qarabağ"la oyun üçün Bakıya gəldi - FOTOLAR

    20.01.2026 23:39:47

    Əslən Bakıdan olan şahmatçının ölüm səbəbi açıqlandı

    20.01.2026 22:29:21

    Soyuq və qarlı havada məşq: "Qarabağ" vacib oyuna hazırdır - VİDEO

    20.01.2026 21:20:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved