"Zirə"nin "Şamaxı” ilə yoxlama oyununda zədələnən futbolçusu Abdul Aziz Batibie uzun müddətə sıradan çıxıb. Prosport.Az xəbər verir ki, 18 yaşlı vingerin diz bağları qopub. Əməliyyat olunacaq oyunçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.