UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şkendiya” Azərbaycandadır.
Prosport.Az xəbər verir ki, Şimali Makedoniya çempionu dünən gecə Bakıya tam heyətlə gəlib. Onlar bu gün axşam matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaqlar.
Qeyd edək ki, komandaların Skopyedə keçirilən ilk oyununda “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Cavab görüşü avqustun 12-də keçiriləcək və saat 20:00-da başlanacaq.

