UEFA "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın "Şkendiya" klubuna xəbərdarlıq edib.
Prosport.Az xəbər verir ki, buna komandanın evdə Rumıniya təmsilçisi FKSB-yə qalib gəldiyi (1:0) II təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.
Yerli azarkeşlər həmin qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə "Şkendiya" cərimələnəcək.
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə 1 cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.

