“Karvan-Yevlax" klubu növbəti transferini həyata keçirib.
Prosport.Az xəbər verir ki, iranlı mərkəz müdafiəçisi Səid İranxah ilə 1 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu son olaraq ölkəsinin “Peykan” klubunda forma geyinib.
Qeyd edək ki, Səid İranxah karyerasına “Traktor” klubunda başlayıb. Daha sonra "Fəcr Sepasi" və "Esteqlal" (Xuzistan) klublarında da çıxış edib. O, İranın U-21 və U-23 millilərində də oynayıb.

