Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Turan Tovuz"un qarşısına çempionluq hədəfi qoyulub" – Ehtiram Quliyev
    8.08.2025 23:12:17

    "Türkiyədəki təlim-məşq toplanışımız çox səmərəli keçdi. Baxmayaraq ki, komandanı tam komplektləşdirmək olmadı, çünki transfer xətrinə transfer etmək istəmirik. Büdcəmiz o qədər də böyük olmasa da, səhv etmək şansımızı minimuma endirdik. Bununla belə, əlimizdə olan futbolçularla yüksək səviyyədə hazırlıq keçdik. İlk dəfədir ki, texniki heyətimiz bu qədər güclüdür, komandaya fiziki hazırlıq mütəxəssisləri cəlb etmişik. Tibbi personalımızı gücləndirdik, düşünürük bu addımlar bizə çox kömək edəcək. Yayda tam istədiklərimizi həyata keçirə bildik".

    Prosport.Az xəbər verir ki, bunu "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

    İdarə Heyətinin sədri transfer çalışmalarını davam etdirdiklərini söyləyib: "Transfer çalışmaları davam edir. Azarkeşlərə bildirmək istəyirəm ki, yeni futbolçularla bağlı müzakirələr aparırıq. Bundan sonra minimum 2-3 futbolçunu da heyətə cəlb etməyi planlaşdırırıq. Skaut heyətimiz bu məsələ üzərində ciddi çalışır. Yeni transferlər zamanı mərhələli addımlardan keçirdik. Bəzilərinin fiziki hazırlıq səviyyəsi bizi tam qane etməsə də, artım müşahidə olunur. Komandamız Bakıda da hazırlıq keçəcək. Azarkeşlərimiz narahat olmasınlar, komandamız yeni mövsümə yaxşı hazırlıq keçib".

    Quliyev komandanın infrastrukturunun gücləndirilməsi işlərinə önəm verdiklərini bildirib: "Komandaya gəlişimizdən bu yana əsas hədəfimiz infrastrukturu gücləndirməkdir. Lakin düşünmədik ki, Tovuz şəhər stadionu kimin balansındadır və mülkiyyəti kimə qalacaq. Bizdən əvvəlki rəhbərliyin göstərdiyi nümunə ilə davam etdik. Yəni etdiyimiz hər şey "Turan Tovuz"un daha da gücləndirilməsinə hesablanıb. Bu il də layihələrimizi davam etdiririk. Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi asan başa gəlmir. Əslində biz bu işi ötən ildən planlaşdırırdıq. Lakin turnir cədvəlində yer aldığımız mövqeyə görə bunu edə bilmədik. Azarkeşlərdən uzaq qalmağa cəsarətimiz çatmadı. Ot örtüyününün dəyişdirilməsi böyük maliyyə tələb edir. Əslində bu prosesə yayın əvvəlində başlayıb, yeni futbol mövsümünün başlanğıcına qətər bitirə bilərdik. Sadəcə ot örtüyünün özünün yetişmə sezonu olur. Məhz buna görə, sentyabrın əvvəlində stadiona təbii ot örtüyünün toxumları səpiləcək. Hazırda orada ciddi işlər gedir. Hava şəraitindən asılı olaraq, oktaybr ayında ot örtüyünün dəyişidirlməsi işləri yekunlaşmalıdır. Mənə məlumatlar gəlir ki, bəzi azarkeşlər gedən işlərlə tanış olmaq üçün tez-tez stadiona baş çəkirlər. Düşünürəm ki, bu il infrastruktur işlərinin ilkin mərhələsini başa vuracağıq".

    O, azarkeşlərin onlar üçün çox önəmli olduğunu vurğulayıb: "Əgər azarkeşlərimiz olmasa, bizim Tovuz şəhər stadionunda yer almağımızın mənası yoxdur. Mənim həyat fəlsəfəm onan ibarətdir ki, əgər bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/2026 mövsümünü qalib kimi başa vurmaq istəyirik. Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsunlar, onları dəstəkləsinlər. "Turan Tovuz" klubunun qarşısına çempionluq hədəfi qoyulub".

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved