“İmişli” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, sol cinah müdafiəçisi Tuncay Yusifli ilə 2 illik müqavilə imzalanıb.
20 yaşlı oyunçu “Sabah”ın əvəzedici heyətindən transfer olunub.
Qeyd edək ki, “İmişli” 2025-2026-cı illər mövsümündə Misli Premyer Liqasında çıxış edəcək.

