UFC döyüşçüsü Rafael Fiziyev növbəti döyüşü ilə bağlı xəbəri şərh edib.
Prosport.Az xəbər verir ki, bir müddət əvvəl azərbaycanlı döyüşçünün oktyabr ayında Rio-de-Janeyroda keçiriləcək turnirdə Çarls Oliveyra ilə qarşılaşacağı məlum olub.
Fiziyev sosial şəbəkə hesabında bunları yazıb: “Siz də mənim qədər həyəcanlısınız? Ona görə də artıq döyüşədək günləri saymağa başlamışam”.
Qeyd edək ki, Oliveyra son döyüşündə İliya Topuriyaya nokautla uduzub, Fiziyev isə Bakıda İqnasio Bahamondesə hakimlərin yekdil qərarı ilə qalib gəlib.

