"Karvan-Yevlax" I Liqa təmsilçisi "Mingəçevir"lə yoxlama görüşü keçirib.
Prosport.Az xəbər verir ki, qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında baş tutub.
Görüş Mingəçevirin eyniadlı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, Ramiz Məmmədovun təyinatından sonra I Liqa klubunun ilk oyunu olub.
Qeyd edək ki, "Karvan-Yevlax" yeni mövsümdə Premyer Liqada çıxış edəcək.

