Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Millimiz və klublarımız beynəlxalq oyunlarını Xankəndidə keçirə bilər
    7.08.2025 12:39:21

    Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə yenidən tikilməkdə olan futbol stadionlarının durumu haqqında danışıb.

    Prosport.Az xəbər verir ki, o, "CBC Sport"a müsahibəsində əvvəlcə Xankəndi şəhər stadionundakı yenidənqurma işlərinə toxunub:

    "Bilirsiniz ki, Xankəndi şəhər stadionu yenidən qurulur. Bu, çox çətin bir prosesdir. Açıq desəm, yeni stadion tikmək daha asandır. Bu arenanın bir hissəsi III MDB Oyunları üçün hazır olacaq. Oyunlardan sonra isə yenidənqurma işləri davam edəcək. MDB Oyunlarının oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək. Daha sonra da orada işlərimiz davam edəcək".

    Nazirin sözlərinə görə, məqsəd növbəti illərdə Xankəndi şəhər stadionunun UEFA kateqoriyası almasıdır ki, həm millimiz, həm də digər komandalarımız orada oyunlarını keçirə bilsinlər.

    F.Qayıbov Gəncə şəhər stadionundakı tikinti işlərindən də danışıb: "Ölkə başçısı tərəfindən qərar verildi ki, Gəncə şəhər stadionu yenidən qurulsun. Buna çox ehtiyac var idi. Məlum olduğu kimi, "Kəpəz" bir neçə ildir ev oyunlarını Gəncədə keçirə bilmir. Çünki stadion yararsız hala düşmüşdü. 2 ilə yaxındır ki, biz bu stadionu inşa edirik. MDB Oyunlarının açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda keçiriləcək. Mənə görə, bu stadion Azərbaycanın ən yaxşı futbol arenası olacaq. Çox müasir standartlara cavab verəcək. Bu idman qurğusu şəhərin simvollarından birinə çevrilə bilər. Gəncə şəhər stadionu UEFA standartlarına cavab verən bir arena olacaq".

    Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda keçiriləcək.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved