Yay fasiləsində "Qarabağ"dan ayrılan Yassin Benziyanın yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, əlcəzairli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha" ilə anlaşıb.
30 yaşlı yarımmüdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, Əlcəzair millisinin də üzvü olan Yassin Benziya 2023-2025-ci illərdə "Qarabağ"ın formasını geyinib.

