Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Omoniya" son vaxtlarda oynadığımız ən ciddi və təhlükəli rəqibdir" - Qara Qarayev
    6.08.2025 18:38:52

    "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Qara Qarayeev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Kipr "Omoniya"sı ilə ilk matçından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Prosport.Az xəbər verir ki, 32 yaşlı futbolçu əvvəlcə oyunla bağlı fikirlərini bildirib.

    - Yaxşı tonusdayıq. Ötən oyundakı qalibiyyət bizə daha çox yaxşı əhval-ruhiyyə verib. Sabahkı matça tam heyətlə hazırıq. Yaxşı rəqiblə oynayacağıq. "Omoniya" son vaxtlarda oynadığımız ən ciddi və təhlükəli rəqibdir. Bəzi oyunlarını təhlil etmişik. Dinamik və sürətli oynayan komandadır. Bütün fikrimiz sabahkı qarşılaşmaya yönəlib. Əlimizdən gələni edəcəyik ki, ev amilindən yararlanaq və qalib gələk. Hər kəsi oyuna dəvət edirəm. Bizə daha da vacib olan azarkeş dəstəyidir. "12-ci oyunçu" ilə sabah inamlı nəticə əldə edə bilərik.

    - "Qarabağ"ın heyətində "Omoniya"ya qarşı oynamısınız. Həmin vaxtdakı komanda ilə indikini müqayissə etsək, hansı daha güclüdür?

    - Aralarında ciddi fərq var. Yeni baş məşqçi "Omoniya"ya yeni fəlsəfə gətirib. Əsas komandaya akademiyadan oyunçular cəlb edib. "Qarabağ"la oynadığımız "Omoniya" ilə hazırkı komanda arasında əsas fərq odur ki, indi hücum xətti daha aktivdir və oyunçular bir-birini daha yaxşı başa düşür. 

    - "Araz-Naxçıvan" "Aris"i keçərək sürpriz etdi. Bu, sizə motivasiya verir?

    - Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Klub olaraq hədəfimiz var. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Nə qədər alınıb-alınmayacağı oyun vaxtı görünəcək. Meydanda hər şeyi edəcəyik. Ona görə də hansı komanda ilə oynamağımızın fərqi yoxdur.

    - "Qarabağ"ın avrokuboklarda mərhələ keçdiyi ilk illərdə orada oynamısınız. "Araz-Naxçıvan"da da bu istiqamətdə addımlar atılır. Bənzərlik hiss edirsiniz?

    - Əlbəttə, komanda yoldaşlarımla danışanda 2008-2009-cu illəri xatırlayıram. 2014-cü ilə qədər bir mərhələ, növbəti il iki mərhələ keçmişik. Böyümək üçün zaman lazımdır. "Araz-Naxçıvan" olaraq Liqa mərhələsini istəsək də, bunun üçün böyük təcrübə və zaman lazımdır. "Qarabağ"ın ilk illərdə atdığı addımları biz də atmışıq. Növbəti illərdə də daha yaxşı, daha inamlı addımlar ataraq Liqa mərhələsində oynamaq fürsəti əldə edə bilərik.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Futbol

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52

    Köhnə dostlar yenidən bir arada - FOTO

    23.09.2026 13:41:08

    "Turan" Çempionlar Liqasına yeniliklərlə gedir

    23.09.2026 13:29:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved