“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi Şuaybu “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.

