Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Şkendiya"nın bəzi futbolçularını gələcək üçün nəzərimizdə saxlayacağıq" – Qurban Qurbanov
    6.08.2025 01:00:15

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Futbolçularıma təşəkkür edirəm, sona qədər oyunda qaldılar. Düzdür, səhvlərimiz oldu, amma nəticəyə oynaya bildik. Rəqib haqda xoş sözlər demək istəyirəm. Əvvəlki 2 oyunda qalib gəlmişdilər. Bu matç da göstərdi ki, “Şkendiya” FKSB ilə görüşlərdə layiqli qələbə qazanıb. Çox güclü komandaya qarşı yaxşı oyunla qalib gəlmişdilər. Bu gün bizə çox gərginlik yaratdılar. Hər bir halda, bu cür oyunlarda qələbə qazanmaq üstünlükdür. Amma Bakıda daha diqqətli olmalıyıq. Qarşımızda məğlubiyyəti sevməyən komanda var.

    – 17 ildir komandada uğurla çalışırsınız və ümid edirəm, daha 17 il də işləyərsiniz. Bu gün stadionda 20 mindən çox azarkeş var idi. Atmosfer haqda nə deyə bilərsiniz və bugünkü nəticədən sonra özünüzü pley-offda görürsünüz?
    – Verdiyiniz dəyərə, göstərdiyiniz hörmətə görə təşəkkür edirəm. Sizi Bakıya dəvət edirəm, imkanınız olsa gəlin, qonağımız olun. Futbolun gözəlliyi azarkeş, atmosferdir. Bu qədər fanatın olması oyunu daha da gözəlləşdirmişdi. Sanki “Şkendiya”ya əlavə motivasiya gəlmişdi. Çünki neçə il əvvəl bu arenada oynamışdıq, ancaq bu qədər azarkeş yox idi. Sizlərə, azarkeşlərə, komandaya təşəkkür edirəm ki, yaxşı atmosfer və mübarizə oldu.

    – Kadi sanki bir qədər zəif təsir bağışladı…
    – Ola bilər, ancaq indi bunu müzakirə etməli deyilik. Rəqib ona daha yaxın oynayır, diqqətdə saxlayırdı. Bu gün bir az həyəcan, azarkeşlərin böyük basqısı var idi. İstədiklərimizin bəzisi alınmaya bilər, amma yaxşılaşdırdığımız elementlər də oldu. Vacib olan sona qədər ayaqda qalmaq idi. Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz.

    – “Şkendiya”nın heyətində “Qarabağ”da oynaya biləcək oyunçu var?
    – Bizdə alban deyəndə ilk ağıla gələn Ansi Aqolli olur. Çox dəyərli futbolçu idi. Ümumiyyətlə, Balkan zonasının futbolçularında, idmançılarında böyük xarakter olub. Bizə lazım olan elementlərdəndir. “Şkendiya”dan kiminsə adını çəkmək düzgün olmaz. Onların motivasiyalarını pozmaq olmaz. Bəzi oyunçular var ki, gələcək üçün nəzərimizdə saxlayacağıq.

    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Futbol

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51
    Futbol

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06
    Akademiya

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49
    Futbol

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58

    Millimizin oyununa maraq azdır: Cəmi bu qədər bilet satılıb

    23.09.2026 17:46:51

    "İndi bizim üçün çox həssas məqamdır" - Yuri Maksimov

    23.09.2026 17:09:06

    "Anidən qərar verdim və yarışa getdim" – İlk dəfə dünya çempionu olan Məmmədəli Mehdiyev

    23.09.2026 17:01:19

    İkiqat Azərbaycan çempionu "Sumqayıt"da

    23.09.2026 16:52:39

    Millimizin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti - ADLAR

    23.09.2026 16:31:49

    "Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı

    23.09.2026 16:10:46

    Bakıda keçiriləcək dünya çempionatının yarış proqramı

    23.09.2026 15:49:09

    "Şəfa" Qəbələdə mini-toplanış keçəcək

    23.09.2026 15:27:53

    Kipr və Yunanıstan klubları Almeydadan əl çəkmir

    23.09.2026 14:44:00

    Millimizin üzvü "Sumqayıt"a keçdi

    23.09.2026 14:03:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved