“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən hücumçu “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.

