Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Turan Tovuz" sonuncu yoxlama matçında məğlub olub.
Prosport.Az xəbər verir ki, Mərakeşin "Vidad" komandası ilə qarşılaşan Qurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Türkiyə toplanışını başa vuran "Turan Tovuz" sabah Vətənə dönəcək.
