Misli Premyer Liqası təmsilçisi “Şamaxı” növbəti transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Ravil Qafarovu heyətinə cəlb edib.
20 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Şamaxı” bundan əvvəl Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Enrike, David Tomas Dos Santos Oliveyra, Rikardo Apolinario və Bilal İsmayılovu transfer edib.

