Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq “Karvan-Yevlax” komandasında yeni müqavilə imzalanıb.
Prosport.Az xəbər verir ki, Rəhman Şabanov Yevlax təmsilçisində qalıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.
R.Şabanov ötən mövsüm “Karvan”ın heyətində 23 oyunda 2 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

