Kiprin “Omoniya” klubu Konfrans Liqasının III təsnifat mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri oyunlar üçün sifariş ərizəsini açıqlayıb.
Prosport.Az xəbər verir ki, baş məşqçi Henninq Berq aşağıdakı futbolçulara yer verib:
Qapıçılar: Fransis Uzoho, Fabiano, Xaralambos Kiriakidis;
Müdafiəçilər: Alfa Dionku, Fotis Kitsos, Senu Kulibali, Yannis Masuras, Amin Hammas, Stefan Simiç, Nikolaos Panayotu, Andreas Hacıevanqulu, Xristos Konstantinidis;
Yarımmüdafiəçilər: Evandro, Mateo Mariç, Yannis Kusulos, Novitsa Erakoviç, Panayotis Andreu, Qavriil Psiloqenis, Xrisis Evanqelu;
Hücumçular: Villi Semedu, Stevan Yovetiç, Mariuş Stepinski, Mikael İnqebriqtsen, Mateuş Musialovski, Loizos Loizo, Tahsin Özler, Ancelos Neofitu, Vladimiros Savva, Körtis-Junior Makosso
Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 7-də Bakıda, cavab matçı isə 1 həftə sonra Nikosiyada keçiriləcək.

