Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın “Lyuboten” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.
Prosport.Az xəbər verir ki, M.Rəhimovanın komandası I təsnifat mərhələsinin final oyununda Ermənistan təmsilçisi “Pyunik” üzərində 4:0 hesablı qələbə qazanıb.
Hava Mustafanın pokerə imza atdığı Skopyedəki qarşılaşmada meydana start heyətində daxil olan Milana Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib.

